Şərtlər və qaydalar

  1. Saytdan istifadə etmək üçün qeydiyyat zamanı düzgün və real məlumatlar (e-mail və telefon nömrəsi) təqdim edilməlidir. Şifrəniz itirildiyi halda Bərpası üçün lazım olacaq
  2. Platformada yerləşən qiymətlər və xidmətlər Avtomatik güncəllənir, əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər, Sifariş verməzdən öncə qiymətə diqqət edilməlidir
  3. İstifadəçi sifariş verməzdən əvvəl xidmətin təsvirini, işləmə prinsipini və statistik məlumatlarını mütləq oxumalıdır.
  4. Bonus və hədiyyələr qazanma məqsədi ilə açılan saxta hesablar  ban edilir.
  5. Hesabların başqa şəxsə satılmasına icazə verilmir, bu hesablar ban edilir.
  6. Saytdan sui-istifadə, sistemə müdaxilə və ya saxta əməliyyat cəhdləri hesabın məhdudlaşdırılması və ya bloklanmasına səbəb ola bilər.
  7. Qadağan olunmuş məzmunlara (qanundan kənar, 18+, şans oyunları, naməlum qazanc vədləri, siyasi və s.) səhifələrə və postlara sifariş vermək qəti qadağandır.
  8. Panel xidmətlərindən istifadə nəticəsində profilinizdə, hesabınızda və ya paylaşımlarınızda yarana biləcək məhdudiyyət, bloklanma və digər mənfi hallara görə Takipci.az məsuliyyət daşımır. Panel Xidmətindən istifadə etməklə, mümkün riskləri qəbul etmiş sayılırsız.
  9. Takipci.az hər zaman xəbərdarlıq etmədən bu qaydalar üzərində dəyişiklik edə bilər.

Qarantiya / Geri Ödəniş

  1. Qarantiya yalnız tamamlanmış və “qarantiyalı xidmətlər” üçün keçərlidir.
  2. Qarantiyasız xidmətlərdə baş verən azalmalar və dəyişikliklər üçün məsuliyyət sifariş verən istifadəçiyə aiddir.
  3. Sifarişinizin BaşlamaTamamlanma vaxtları hər məhsulun adında və açıqlama bölnündə qeyd edilir. (bu vaxtlar təxminidir, sifariş miqdarına və sistemdəki var olan sifariş sayına görə dəyişə bilər)
  4. Sifarişin Ləğv EdilməsiGeri Ödəniş 48 saat  ərzində sifarişinizdə heçbir irəliləyiş olmadıqda sifarişiniz ləğv edilərək ödəniş Takipci.az balansına qaytarılır
  5. Sifariş aktiv olduğu müddətdə profilin gizlədilməsi, silinməsi, link dəyişdirilməsi və ya məhdudlaşdırılması sifarişin dayandırılmasına səbəb ola bilər. Bu çür Səhvlərdən yaranan itkilərdən Sifarişçi məsuliyyət daşıyır. 
  6. Yanlış linklərə verilən sifarişlər, ha belə tamamlanmış sifarişlərin ləğv edilməsi , geri qaytarılması mümkün deyil, Sifariş verməzdən öncə linkin düzgünlüyünü yoxlayın və sifarişinizdən əmin olun. 
  7. Balandan Geri ödəniş (çıxarış) məbləğ minimum 2 azn olmalıdır. Məbləğdən asılı olmayaraq 1 azn komissiya mövcuddur . Geri ödəniş zamanı ilk yükləmədə əldə edilmiş bonuslar balansınızdan silinir (sui istifadə hallarının qarşısının alınması məqsədi ilə dəvət linki ilə qeyd olan müştərilər, balans artırması zamanı dəvət edən istifadəçiyə verilən bonus xərclənibsə, həmin bonus da geri ödəniş zamanı dəvətlidən çıxılır)

Düzgün Sifariş Qaydaları

  • Sifariş verilən profil, paylaşım və ya kanal açıq (public) olmalıdır.
  • Eyni link və ya profil üçün (eyni növ servis) eyni anda birdən çox sifariş verilməməlidir. (Fərqli növ servis sifariş verə bilərsiz)
  • Bir sifariş tamamlanmadan həmin linkə yeni sifariş vermək risklidir və itki yarada bilər.
  • “Bərpa (refill)” xidməti olan paketlərdə Bərpa yalnız gün ərzində 1 dəfə mümükündür (başlama miqdarı hazırki miqdardan az olarsa bərpa uğursuz ola bilər)
  • Aktiv sifariş üzərində dəyişiklik (link dəyişmək, post silmək, hesabı gizlətmək) sifarişin itirilməsinə səbəb ola bilər.
  • Qismən tamamlanan sifarişlərdə göndərilməyən hissənin balansı avtomatik geri qaytarılır.
  • Yanlış sifarişlər sistem tərəfindən avtomatik tamamlanmış hesab edilə bilər və müdaxilə olunmaya bilər.